Modern.az

Krım Əfqanıstan müharibəsində iştirak etmiş şəxsləri Ukraynaya qarşı silahlandırır

Krım Əfqanıstan müharibəsində iştirak etmiş şəxsləri Ukraynaya qarşı silahlandırır

Təhsil

5 May 2014, 13:08


Krımdan Ukraynanın şərq və cənub-şərq vilayətlərinə silahlı dəstələr göndərilir. Modern.az “UNİAN” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə silahlı dəstələr Krımın baş naziri Sergey Aksyonovun göstərişi üzrə hərəkət edirlər. Təxribatçı qruplar sırasında “Başmaqlar”, “Kilsə xadimləri” kimi silahlı dəstələr liderlik edir.

 Digər tərəfdən silahlı dəstələrdə SSRİ-Əfqanıstan müharibəsində iştirak etmiş keçmiş döyüşçülər və Rusiya hüquq-mühafizə orqanlarında çalışan şəxslərin olduğu bildirilir. Məlumatda o da qeyd olunur ki, separatçı qruplar Rusiya Silahlı Qüvvələrinin hərbi hissələrində silahlandırılır.

Qeyd edək ki,  Ukraynanın şərq əyalətlərində vəziyyət gərgin olaraq qalır. Ukrayna faktiki olaraq parçalanma təhlükəsi ilə üz-üzə qalıb.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı