Modern.az

Ukrayna prezidenti: “Rusiya mayın 9-da bizi devirməyə cəhd edəcək”

Ukrayna prezidenti: “Rusiya mayın 9-da bizi devirməyə cəhd edəcək”

Təhsil

5 May 2014, 13:20

“Kiyevdə hərbi postlar qurulub. Hər kəs yoxlanılır. Çünki mayın 9-da Rusiyanın təxribatını gözləyirik”. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti səlahiyyətlərini icra edən Alensandr Turçinov yerli kanallardan birinə müsahibəsində deyib. Onun fikrincə, Rusiya Ukraynaya qarşı müharibə aparır və məqsədi Kiyev hökumətini devirməkdir:

“Onların məqsədi bizi devirmədir. Bütün bölgələrdə təxribatçılar və pravokatorlar ola bilər. Bizə qarşı müharibə gedir“.

Turçinovun sözlərinə görə, Şərqi Ukraynada Rusiya ssenarisi uğur qazansa da, Odessada yerli sakinlərin müqaviməti bunu reallşadırmağa imkan verməyib.  Rusiya Ukraynanın Şərqində və Cənubunda müharibə aparır. Onlar vəziyyətin tamamilə nəzarətdən çıxmasına çalışırlar. Lakin Odessada bu plan baş tutmadı”.

Sonda Turçinov ölkənin şərqindəki gərginliyə görə keçmiş prezident ViktorYanukoviçin ailəsi və yaxın ətrafını  günahlandırıb: “Bu sübut tələb etmir. Qərb də çoxdan bunu anlayıb. Rusiya xüsusi xidmət orqnaları keçmiş Ukrayna hakimiyyətini həm maliyyə, həm də təşkilati baxımdan yönləndirir”.

Turçinov  anti-terror əməliyyatlarının sona qədər davam etdiriləcəyini də vurğulayıb.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...