
“İndiki şəraitdə yer tapmaq, yer almaq heç də problem deyil. Əgər “onlayn” jurnalistika özünü doğruldubsa, onlar çox güman ki, elə nəşriyyatın rəhbərliyinə müraciət edə, bağlanmış müqaviləyə, ümumi razılığa əsasən yəqin ki, yerlə təmin oluna bilərlər. Bunda ciddi bir problem yoxdur. Amma bundan əvvəl çalışmalıyıq ki, “onlayn” jurnalistikanın peşəkarlığı artırılsın. Onlar daha aktiv olsunlar, daha çox oxucuları olsun, daha çox reklam əldə etsinlər”.
Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov Yeni Media Jurnalistləri İctimai Birliyinin “Azərbaycan” Nəşriyyatının bir neçə mərtəbəsinin intrenet KİV-lərin redaksiyalarına ayrılması təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ilk növbədə bina təmir olunmalıdır: ““Azərbaycan” Nəşriyyatı çox ciddi təmirə ehtiyacı olan bir yerdir. Çox güman ki, yaxın gələcəkdə, yəni binanın əsaslı təmirindən sonra bu məsələni gündəmə gətirmək olar”.
Misranə Həsənzadə