Modern.az

TQDK ali məktəblərə ilk qəbul imtahanlarının nəticələrini açıqladı

TQDK ali məktəblərə ilk qəbul imtahanlarının nəticələrini açıqladı

Təhsil

5 May 2014, 15:36

Modern.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən xəbər verir ki, “Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb. Abituriyentlər nəticələrlə TQDK-nın internet saytında (//eservices.tqdk.gov.az/netazd1/ ) və iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, mayın 4-də TQDK  Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.  

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək hüququ olan 8215 abituriyentdən 288 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 7927 abituriyentdən 7211 nəfəri qeyd olunan müsabiqə şərtini ödəmiş və “məqbul” qiyməti alıb. 28 abituriyent təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə (30 bal) göstərib.

İmtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2014-ci il iyulun 3-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı