Modern.az

İran XİN: “Ermənistana bizə verdiyi dəstəyə görə təşəkkür edirik”

İran XİN: “Ermənistana bizə verdiyi dəstəyə görə təşəkkür edirik”

Təhsil

5 May 2014, 16:10


  “Beynəlxalq aləmdə bizə verdiyi dəstəyə görə Ermənistana öz təşəkkürümüzü bildiririk”. Modern.az “Mehr” xəbər agentliyinə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistandan olan həmkarı Edvard Nalbandyanla bu gün birgə təşkil etdiyi mətbuat konfransında deyib. O bildirib ki, İranla Ermənistan arasında əlaqələr artan templə inkişaf edir. İran XİN başçısı onu da əlavə edib  ki, ölkəsində yaşayan ermənilərin daha hörmətli azlıqlardır. İran bölgədəki münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olduğunu da bəyan edib. “Biz Ukrayna, Suriya böhranlarının sülh yoolu ilə həllinin tərəfdarıyıq”,-deyə M.C. Zərif bildirib.  

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İranda səfərdədir. O, İran Prezidenti Həsən Ruhani ilə də görüşəcək.  

Aqşin Kərimov 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı