Modern.az

BDU-nu məhkəməyə verən professorla bağlı AÇIQLAMA

BDU-nu məhkəməyə verən professorla bağlı AÇIQLAMA

Təhsil

5 May 2014, 17:10


Bu gün “Qafqazinfo” da Bakı Dövlət Universitetinin (BDU) “Riyazi analiz” kafedrasının sabiq müdiri və professoru Sadiq Abdullayevin universiteti məhkəməyə verməsi ilə bağlı xəbər yayımlanıb. 

Məsələ ilə bağlı  BDU Mətbuat və İnformasiya Şöbəsinin rəhbəri Pərvanə İbrahimova Modern.az-a açıqlama verib. O bildirib ki, BDU-nun Mexanika-riyaziyyat fakültəsinin “Riyazi analiz” kafedrasını sabiq müdiri Sadiq Abdullayev mövcud əsasnamənin tələblərini pozduğuna və universitetin nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə 22 yanvar 2013-cü il tarixindən pedaqoji vəzifəsi olan professor vəzifəsində saxlanılmaqla, inzibati vəzifəsi kimi kafedra müdirliyindən azad edilib.

P. İbrahimova onu da qeyd edib ki, bundan sonra S.Abdullayev Yasamal rayon Məhkəməsinə müraciət edib və onun iddiası rədd edilib. Apellyasiya və Ali Məhkəmə  ilkin instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı