Donetsk vilayətinin Slavyansk şəhərində Rusiya meylli separatçılarla döyüşlərdə Ukrayna Daxili İşlər Nazirliyinin 4 əməkdaşı öldürülüb, 30-a yaxın yaralanıb. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, silahlı separatçılar yaşayış evlərini atəşə tutaraq dinc sakinlərdən canlı sipər kimi istifadə edirlər. Bundan əlavə, yerli sakinlərin bildirdiyinə görə, yaraqlılar yaşayış evlərini atəşə tutaraq yandırdıqlarından dinc sakinlər arasında da ölənlər var. Xatırladaq ki, Slavyanskda güc strukturları ilə separatçılar arasında döyüş bu gün yerli vaxtla saat 10:45-də başlayıb. Hazırda hökumət qüvvələri şəhərin içərisinə irəliləyir. Onlara qarşı 8000-ə yaxın yaraqlının vuruşduğu bildirilir. Həmin dəstə arasında çeçenlər də var.
Digər məlumata görə, Xarkov-Donetsk magistral yolunun Slavyansk ilə İzyumom hissəsində silahlı separatçılar yaralıları döyüş zonasından daşıyan mikroavtobusu atəşə tutublar. Mikroavtobus gülləkeçirməz olduğundan itki qeydə alınmayıb.


Modern.az