Modern.az

Azay Quliyev Almaniyaya gedir

Azay Quliyev Almaniyaya gedir

Təhsil

5 May 2014, 18:15

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev 6-9 may tarixlərində Almaniyada səfərdə olacaq.
Modern.az-ın məlumatına görə, A.Quliyev Avropa İnsan Haqları Mərkəzinin təşkilatçılığı ilə Bundestaqda müxtəlif siyasi partiyaları təmsil edən deputatlarla görüşəcək. Səfər proqramına uyğun olaraq A.Quliyev “Avroqafqaz” təşkilatının reallaşdırdığı layihə çərçivəsində “Almaniya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi haqda nə bilir?” mövzusunda təşkil edilmiş dəyirmi masada, eləcə də Liberal Türk-Almaniya Assosiasiyasının “Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfəsi” mövzusunda keçirəcəyi müzakirələrə qatılacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı