Bu gün səhər saatlarında metronun "Həzi Aslanov" – "Dərnəgül" istiqaməti üzrı hərəkət edən qatarında yanğın baş verib. Modern.az saytının olay yerində olan əməkdaşı xəbər verir ki, yanğın "Koroğlu" stansiyasında baş verib.
Hadisənin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal stansiyaya cəlb olunublar.
Sərnişinlər stansiyadan təxliyyə olunublar. Hadisyəyə görə qatarların hərəkətində fasilə yaranıb.