Suriyanın Hələb şəhərinin erməni məhəlləsində raket düşməsi nəticəsində daha bir erməni ölüb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölənin adı Perç Karaqezyandır. Digər məlumata görə, hərbi qarşıdurma zamanı 25 yaşlı erməni Antuan Danielyan isə yaralanıb. Mayın 11-də isə raket zərbəsi nəticəsində iki erməni ölüb, biri yaralanmışdı.
Qeyd edək ki, Suriyada qanlı qarşıdurmalar başlayana qədər bu ölkədə 60-70 minə yaxın erməni yaşayırdı. Onların əksəriyyəti Hələbdə məskunlaşıblar. Modern.az