Modern.az

Türkiyə faciəsində ölənlərin sayı 284-ə çatdı

Türkiyə faciəsində ölənlərin sayı 284-ə çatdı

Təhsil

16 May 2014, 10:06

Türkiyədəki Somada kömür mədənində baş verən faciə sonrası xilasetmə işləri davam edir. Ancaq vaxt keçdikcə ümidlər də tükənir. Gecə boyunca axtarış xilasetmə qrupları işlərinə davam edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, enerji və təbii qaynaqlar naziri Taner Yıldız ölənlərin sayının son çıxarılan işçiylə birlikdə 284-ə çatdığını bildirib: "Müalicəsi davam edən yalnız 3 adam var. Axtarış və xilasetmə qrupumuz kifayət qədərdir. 2 bloka hələ çata bilməmişik. Bu gündən etibarən daha diqqətli olmalıyıq".

Şəhid mədənçilərin 56-sı dünən torpağa tapşırılıb.

Mili Təhsil Fondu İdarə heyətinin rəhbəri İhsan Özçukurlu ölən mədənçilərin uşaqlarını Türkiyənin hansı bölgəsində istəsələr internat və pansiyonlu məktəblərdə bütün xərclərini qarşılayaraq oxudacaqlarını, universitet tələbələrinə də təqaüd verəcəklərini açıqlayıb.

Misranə Həsənzadə

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı