Modern.az

Tomas De Vall Azərbaycanı atəşkəsi pozmaqda ittiham etdi

Tomas De Vall Azərbaycanı atəşkəsi pozmaqda ittiham etdi

Təhsil

16 May 2014, 10:50



Karnegi fondunun məşhur təhlilçisi Tomas De Vaal Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə analitik məqalə yazıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Karnegi Fondunun Moskva Mərkəzinin saytında dərc olunan yazıda Tomas De Vaal Azərbaycanla Ermənistan arasında 20 il əvvəl imzalanan atəşkəs sazişi ilə bağlı şərh verib. Bununla yanaşı, o cəbhə xəttində ölümlərin statistikasının aparılmasının çətin olduğunu vurğulayıb. “Cəbhə xəttində ölüm hallarını yoxlamaq çətindir. Yalnız ATƏT-dən 6 beynəlxalq müşahidəçi cəbhədə müşahidə aparırlar”.

  Analitik Azərbaycanı atəşkəsi pozmaqda da ittiham edib: “Azərbaycan özü atəşkəsi pozmaqla status-kvonu “normallaşdırır”. Halbuki status-kvonun saxlanılması Azərbaycanın da xoşuna gəlmir. Azərbaycan ermənilərə uduzmuş tərəf kimi təmas xəttində stabilliyi pozmaqla ermənilərə təsir göstərmək istəyir”.  

Qeyd edək ki, Toma De Vaal mütəmadi olaraq Dağlıq Qarabağ münaqişəsi və onun həll yolları ilə bağlı bəyanatlarla çıxış edir. O, Dağlıq Qarabağ problemi ilə bağlı “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında”  kitabının müəllifidir.  

Aqşin Kərimov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı