
Somadakı faciədən sonra Türkiyədə mədən sənayesinə dair maraqlı faktlar ortaya çıxıb. Modern.az türk mediasına istinadən xəbər verir ki, hazırda bu ölkədə 740 mədənin fəaliyyət göstərdiyi hesablanıb. Bu müəssisələrdə 48 min 706 fəhlə çalışır.
Son 3 ildə mədənlərin sayı artıb. Belə ki, 2010-cu ildə Türkiyədə 697 yeraltı müəssisə fəaliyyətdə olub. Onların çoxu özəl şirkətlərə məxsusdur. Hazırda 48 min 706 mədənçinin (onların 36 min 880-i özəl sektorda çalışır) 429 nəfərini qadınlar təşkil edir.
Modern.az