Modern.az

TQDK tələbə şikayətləri üçün Apellyasiya komissiyalarının iş tarixlərini elan edib

TQDK tələbə şikayətləri üçün Apellyasiya komissiyalarının iş tarixlərini elan edib

Təhsil

16 May 2014, 11:36

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili məktəblərinə keçirilən qəbul imtahanları ilə əlaqədar yaradılacaq Apelyasiya komissiyalarının fəaliyyət gəstərəcəyi tarixləri açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, qəbul imtahanları ilə əlaqədar vətəndaşlar yalnız qeyd edilən tarixlərdə TQDK-ya müraciət edə bilərlər.

Əvvəlki illərin məzunları üçün I və III qruplar üzrə Apelyasiya Komissiyası mayın 19-da fəaliyyət göstərəcək ki, həmin tarixdə yalnız qəbul imtahanlarında təqdim edilmiş test tapşırıqlarının məzmunu ilə əlaqədar müraciətlərə baxılacaq. Əvvəlki illərin məzunlarının digər müraciətləri isə mayın 27-dən 30-dək (mayın 28-i istisna olmaqla) Apelyasiya Komissiyası tərəfindən araşdırılacaq.

Bu ilin məzunları üçün test tapşırıqlarının məzmunu ilə əlaqədar I və IV qruplar üzrə Apelyasiya Komissiyası iyulun 14-də, II və III qruplar üzrə iyulun 21-də fəaliyyət göstərəcək.

Cari ilin məzunları üçün digər müraciətlərə iyulun 30-dan avqustun 1-dək baxılacaq. Apelyasiya komissiyalarının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmayacaq.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı