Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yaxın iki gün ərzində Bakıda havanın temperaturu 33-34 dərəcəyə kimi yüksələcək və iqlim normasından yüksək olacaq.
Hazırda Bakıda havanın tempeturu iqlim normasından 3 dərəcə yüksəkdir. Ötən günlərdə isə temperatur iqlim normasından 5-7 dərəcə yüksək olub. Amma ötən günlərdə də rekord temperatur göstəricisi qeydə alınmayıb. Yüzillik meteoroloji müşahidələrə görə, Bakıda mayda rekord göstərici, yəni ən yüksək tempertur 35 dərəcə olub.
Mülayim külək əsəcək. Hava şəraiti nisbətən sabit, dəyişkən buludlu, yağmursuz olacaq.
Yaxın iki gün ərzində Aran rayonlarında havanın temperaturu 35, bəzi yerlərdə 36 dərəcəyə yüksələcək.
Modern.az