
Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov bütün millət vəkillərinin adından qardaş ölkəyə baş sağlığı verib. Daha sonra o, bu gün heç bir cari məsələnin müzakirə olunmayacağını qeyd edib. Milli Məclisin bugünkü iclasında müzakirə olunan ilk məsələ Azərbaycanın 2013-cü il dövlət büdcəsinin icrası olub.
Modern.az xəbər verir ki, büdcənin icrasına dair qanun layihəsini parlamentə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib. O, son illər dövlət büdcəsinin parametrlərini xarakterizə edən bütün göstəricilərdə müsbət dinamikanın müşahidə olunduğunu söyləyib: “Dünya ölkələrində qlobal böhranın hökm sürdüyü bir ərəfədə Azərbaycanda hər sahədə əhalinin rifahının yüksəlməsi, ictimai siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi müşahidə olunur və bu, ölkədə aparılan islahatların məntiqi nəticəsidir”. 2013-cü illə bağlı bəzi makroiqtisadi göstəriciləri qeyd edən komitə sədri bildirib ki, ötən il Azərbaycanın ÜDM-i 73 milyard dollar təşkil edib.
“Hazırda adambaşına düşən ÜDM-in həcmi 7.8 min dollardır. Bu göstəricinin artımına görə Azərbaycan MDB-də Qazaxıstanla birlikdə ilk yerləri tutur. Ötən il ilk dəfə olaraq dövlət büdcəsinin həcmi 25 milyard dolları ötüb”, – deyə Z. Səmədzadə qeyd edib. Komitə sədrinin özlərinə görə, son 10 il ərzində ÜDM 3,4 dəfə artıb. Ölkə iqtisadiyyatına qoyulan investisiyalar 150 milyonu manatı ötüb”.
Modern.az