Modern.az

Soma mədən rəhbərliyi: “Bütün bunlara inana bilmədik”

Soma mədən rəhbərliyi: “Bütün bunlara inana bilmədik”

Təhsil

16 May 2014, 13:12

 

Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində baş verən mədən faciəsi ilə bağlı növbəti açıqlama mədən rəhbərliyindən gəlib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Soma holdinq idarə heyətinin rəhbəri Alp Gürkan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, qəzanın hansı səbəbdən baş verdiyini anlamadığını bildirib:  

“49 ildir bu peşənin içindəyəm. Mədənçilik həyatım boyunca əldə etdiyim gəlirləri müəssisələrin, işçilərin həyat standartlarının yüksəldilməsi üçün istifadə etdim. Həyatımın ən böyük kədərini yaşayıram.   Keçən ilin sonundan etibarən aktiv mədənçilikdən gedərək qismən təqaüdə çıxmağı düşünürdüm. Çərşənbə axşamı günü gələn xəbərə inana bilmədim. 49 ilini mədənlərdə keçirmiş biri olaraq, trafonun partlamasına inana bilmədim. Dərhal bura gəldim, üç gündür sağlamlığımı da riskə ataraq sağ qalanların xilas edilməsinə, qalanların da çıxarılmasını təmin etməyə çalışdıq. Həyatını itirən qardaşlarımızın bir çoxunun atası da mənim yanımda işləyərək təqaüdçü olub. Qəzanı anlamaqda çətinlik çəkirəm”.

Qeyd edək ki, mədəndə baş verən faciədə 284 nəfərin öldüyü bildirilir.  

Misranə Həsənzadə

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı