Modern.az

Qüdrət Həsənquliyev Təhsil Nazirliyinə irad tutdu: “Bu, narahatedici məqamdır”

Qüdrət Həsənquliyev Təhsil Nazirliyinə irad tutdu: “Bu, narahatedici məqamdır”

Təhsil

16 May 2014, 13:13

Modern.az xəbər verir ki, parlamentin bugünkü iclasında çıxış edən millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı dövlət proqramının icrasından narazılıq edib.
“Bu məsələni mən keçən il də qaldırmışdım. Çünki ötən dəfə həmin məqsədlə ayrılan vəsaitin 40 faizi icra olunmuşdu. Yüksək rəqabətə davamlı, ixtisaslı kadrların hazırlanması üçün Azərbaycan gənclərinin nüfuzlu ali təhsil müəssisələrində oxumasına ehtiyac var. Amma təhsil naziri deyib ki, indiyə kimi 2612 nəfər göndərilib. Halbuki, proqram çərçkivəsində 5 min nəfərin xaricdə oxumağa göndəriləcəyi nəzərdə tutulmuşdu. Bu, nəzərdə tutulan rəqəmdən 50 faiz azdır. Bu, narahatedici məqamdır”.
Deputat deyib ki, bəzi ixtisaslarda məhduiyyətlər var. “Amma bizim keyfiyyətli hüquqşünaslara da ehtiyacımız var. Xarici dillərin öyrənilməsinə aid xüsusi dövlət proqramına ehtiyac var. Əsasən Bakı və digər iri şəhərlərdə məzun olan şagirdlər xaricdə oxuya bilir. Çünki Azərbaycanda ingilis-Azərbaycan dilində normal elektron lüğət yoxdur”.

Qüdrət Həsənquliyev digər bir məsələyə toxunaraq deyib ki, Azərbaycanda 300 manat alan vətəndaşa ipoteka krediti verillmir. Amma Statistika Komitəsi adambaşına düşən gəlirin 300 manatdan artıq olan adamları varlı ailə adlandırır.  Bunu da nəzər almaq lazımdır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı