Modern.az

Metrodakı qəzanın səbəbi açıqlandı

Metrodakı qəzanın səbəbi açıqlandı

Təhsil

16 May 2014, 13:15

“Qatar depoya getdikdən sonra mütəxəssislər tərəfindən baxış keçirilib, araşdırma aparılıb. Qəzanın baş vermə səbəbi aydınlaşıb”. Bunu Modern.az-a Bakı Metropoliten İdarəsi mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib:

“Məlum olub ki, vaqonun altında olan mühərrikdən çıxan kabellərdə boşluq yaranıb, nəticədə qızma baş verib və tüstüləmə olub. Vaqon təmir edildikdən sonra yenidən istifadəyə veriləcək”.

Qeyd edək ki, bu gün səhər metronun "Koroğlu" stansiyasında yanğın olub, sərnişinlər təxliyyə edilib.

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı