“Azərbaycan Respublikasının orden və medalları sırasına çox şərəfli bir medal əlavə olunur”. Modern.az saytı xəbər verir ki, Nizami Gəncəvi adına qızıl medal ilə bağlı əsasnaməni təqdim edən Milli Məclisin komitə sədri Əli Hüseynli belə deyib. Onun sözlərinə görə, elmin inkişafında xüsui xidmətləri ilə seçilən şəxslər bu medalla təltif olunurlar. Bu medal Azərbaycan Milli Elmlər Akdemiyası tərəfindən təltif olunacaq. Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilmiş dairəvi formalıdır. Üzərində Nizami Gəncəvənini şəkli təsvir olunub.
Milli Məclis Nizami Gəıncəvi adına Qızıl Medalın təsis edilməsi islə əlaqədar “Orden və medalların təsis edilıməsi haqqında” qanuna dəyişiklik layihəsini qəbul edib.
Modern.az