Müstəqil İnformasiya Agentliyinin saytının, mia.az-ın bağlı olduğu serverdə problem yaranıb. Bu səbəbdən də sayt səhər saatlarından bəri fəaliyyətinin dayandırıb. Bu barədə Modern.az-a məlumat verən Müstəqil İnformasiya Agentliyinin rəhbəri Zaur Əhməd serverinin avadanlıqlarına ciddi zərər dəydiyini bildirib.
Onun sözlərinə görə, bir neçə saatdır ki, yaranmış nasazlığı aradan qaldırmağa çalışırlar: «Ümid edirəm ki, tezliklə problemləri aradan qaldırıb, fəaliyyətimizi bərpa edəcəyik. Yaranmış vəziyyətə görə oxuculardan üzr istəyirik».
Modern.az