Modern.az

“Azadliq” radiosu Ramil Usubova müraciət etdi

“Azadliq” radiosu Ramil Usubova müraciət etdi

Təhsil

16 May 2014, 15:40

“Azadliq” radiosu daxili işlər nazir Ramil Usubova müraciət edib. Müraciətdə bildirilib ki, mayın 16-da “Azadlıq” radiosuna Binəqədi rayonunun ərazisindəki Cəfər Xəndan küçəsində, “DSK-3” metaltökmə zavodununda qarşıdurma haqda məlumat daxil olub. Məlumatı yoxlamaq üçün hadisə yerinə gedən radionun müxbirinə bir qrup adam hücum edərək, ona fiziki təzyiq göstərib,  jurnalistin kamerasını və mobil telefonunu əlindən alaraq, hadisə yerindən uzaqlaşıblar.

Zorakılıq polis əməkdaşlarının gözü qarşısında baş versə də, asayişin və qanunun keşiyində olan polis əməkdaşları baş verənlərə müdaxilə etmək əvəzinə ərazidən uzaqlaşmağa üstünlük veriblər.

“Azadliq” radiosu tələb edir ki, jurnalistə qarşı zorakılıq törədən şəxslər və vəzifə səhlənkarlığına yol verərərək bu zorakılığa şərait yaradan polis əməkdaşları müəyyənləşdirilsin, videokamera geri qaytarılsın.

“Azadlıq” radiosu prokurorluq orqanlarına da şikayət ərazəsi ilə müraciət hazırlayır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı