Soma kömür mədənində baş verən faciənin araşdırılması ilə bağlı Türkiyə Hakim və Prokurorlar Ali Şurası hərəkətə keçib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mədəndə baş verən hadisənin araşdırılması istiqamətində axtarış tədbirlərinə start verilib. Şuranın qərarı ilə 28 nəfərdən ibarət prokuror Kırkağac Baş Prokurorluğunda məsələ ilə bağlı təlimatlandırılıb.
Qeyd edək ki, Soma mədənində baş verən partlayışda ölənlərin sayı 284 nəfərə çatıb.
Modern.az