Modern.az

Varşava İqtisad Universitetində Qarabağ guşəsi yaradılıb

Varşava İqtisad Universitetində Qarabağ guşəsi yaradılıb

Təhsil

16 May 2014, 16:22

Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tövsiyəsi ilə xarici ölkə universitetlərində Qarabağla bağlı guşələrin yaradılmasına dair təşəbbüs bir sıra ictimai birliklər tərəfindən vacib fəaliyyət proqramı kimi qəbul olunub.

“Turizm və təhsilin inkişafına dəstək” İctimai Birliyi ilk belə bir guşəni bu il Novruz bayramı günlərində Portuqaliyanın Lissabon ali məktəbində təşkil etmişdi. Çox uğurla başa çatan tədbir günündə guşəyə gələn tələbələr, müəllimlər, Portuqaliya parlamentinin deputatları Azərbaycanın turizm imkanları, respublikamızın dilbər guşəsi olan Qarabağın şəhərləri və bu torpaqların ermənilər tərəfindən işğalı barədə ətraflı məlumat əldə ediblər.

İctimai Birliyin sədri Mülatif Adurov deyib ki, “uğurla nəticələnən ilk layihədən sonra biz yeni ünvanda Qarabağla bağlı guşə yaratmağa səy göstərdik. Bu dəfə görüş Polşanın Varşava şəhərindəki İqtisad Universitetində oldu. Bu ali məktəb Varşavanın ən qədim təhsil ocaqlarından biridir. Polşa paytaxtının aparıcı universitetlərindən sayılan bu təhsil müəssisəsində dünyanın onlarca ölkəsindən gələn gənclər oxuyurlar”.

Görüşdə Azərbaycanın məşhur iqtisadçı alimlərinin nailiyyətləri tələbələrin marağına səbəb olub. Ancaq ən çox maraq Qarabağla bağlı olub. Təşkil edilmiş sərgi, Azərbaycan bayrağı, birliyin rəmzi emblemi əks olunmuş lövhə, adət və ənənələrimizi, milli geyimlərimizi, musiqi alətlərimizi əks etdirən suvenirlər, ən başlıcası, hazırda erməni tapdağı altında olan şəhərlərimiz haqqında ingilis dilində kitablar, Xocalı soyqırımı barədə film, Bakı ilə bağlı video süjet böyük maraqla qarşılanın. İştirakçılar münaqişə barədə çoxlu suallara cavab tapıblar, ölkəmizə gəlmək, turizm və təhsil sahəsində nailiyyətlərimizi izləmək istəyində olduqlarını bildiriblər.

“Tədbirin keçirilməsində bizə dəstək olan Polşa parlamentinin deputatı Kazimeyres Kleyna guşənin yaradılmasının vacibliyini vurğuladı, belə tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edərək dedi: “Nəcib təşəbbüsdür. Xüsusən indiki şəraitdə - iki ölkə arasında münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində həlli barədə apardığınız təbliğatı alqışlayıram”.
Mən belə bir təşəbbüsü dəstəklədiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürümü bildirirəm”.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı