Modern.az

Nazir kollegiya iclasında nöqsanları müzakirə etdi

Nazir kollegiya iclasında nöqsanları müzakirə etdi

Təhsil

16 May 2014, 18:14



Mayın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib. Kollegiya iclasında iki məsələ - Ətraf Mühitin Mühafizəsi və Meşələrin İnkişafı departamentlərinin, həmçinin onların tabeli qurumlarının 2014-cü ilin I rübü ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

İclasa nazir Hüseynqulu Bağırov sədrlik edib.

Kollegiya iclasında Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov çıxış edərək 2014-cü ilin I rübü ərzində Departament və onun tabeli qurumları tərəfindən görülmüş işlərin yekunu, “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na daxilolmaların icra vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat verib. Eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyi pozmuş hüquqi və fiziki şəxslərin onlara tətbiq edilən cərimələri ödəməkdən yayınması, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlərin əksəriyyətinin baxılmamış qalması da iclasda təəssüflə qeyd olunub.

Meşələrin artırılması və bərpası istiqamətində 2014-cü ilin ötən dövrü ərzində görülmüş işlər, həmçinin “Meşələrin qorunub saxlanılması və təkrar istehsalı Fondu” na daxilomaların icra vəziyyəti və qarşıda duran vəzifələr barədə Meşələrin İnkişafı Departamentinin direktor əvəzi Şakir İsmayılov məlumat verib. İclasda meşələrin mühafizəsi və bərpası sahəsində görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və problemlər də müzakirə edilib.

İclasda yerli Ərazi ekologiya və təbii sərvətlər şöbələrinin iş fəaliyyətinin səmərəliliyinin artırılması, o cümlədən ətraf mühitin mühafizəsi, ekoloji təbliğat və monitorinq sahəsində həyata keçirilən tədbirlərin yüksək səviyyədə aparılmasının təmin edilməsi, bu sahədə nöqsanların müəyyən edilərək aradan qaldırılması, eyni zamanda, meşələrə qeyri-qanuni müdaxilə hallarına qarşı effektiv mühafizə tədbirlərinin tətbiq olunması və meşə fondunda mövcud olan açıq ərazilərdə, xüsusən aran rayonlarında geniş massivlərdə əkin işlərinin aparılması barədə aidiyyəti qurumlara müvafiq qurumlara göstəriş verilib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı