Modern.az

Yerevandan Azərbaycana qarşı növbəti TƏXRİBAT gerçəkləşdirildi

Yerevandan Azərbaycana qarşı növbəti TƏXRİBAT gerçəkləşdirildi

Təhsil

16 May 2014, 18:40

Ermənilər “Tatşünaslıq” üzrə beynəlxalq konfrans keçirir

Ermənistan Azərbaycana qarşı informasiya təxribatını davam etdirir. Bir müddət əvvəl Şuşada talış dilində radio açan ermənilər bu dəfə tatlara “qarmaq atıblar”. Belə ki, mayın 16-da Yerevan Dövlət Universitetində “Tatşünaslıq” üzrə 1-ci beynəlxalq konfrans öz işinə başlayıb. Modern.az saytı xəbər verir ki, erməni KİV-ləri bu qondarma konfransda Ermənistan, Rusiya, İran, Gürcüstan, Almaniya, Fransa, Polşa və s. ölkələrdən 40 alimin iştirak etdiyini bildirib.
Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının dekanı, bundan öncə Yerevan Dövlət Universitetində “Talışşünaslıq” üzrə beynəlxalq konfrans təşkil edən və Şuşada “Talışıstanın Səsi” radiostansiyasının yayımını təşkil edən professor Qarnik Asatryan tədbirin əzas təşkilatçısı kimi konfransı açıq élan edib. Çıxışında tatları “qafqaz farsları” kimi qələmə verən erməni alim müasir Azərbaycanda onların assimilyasiyaya uğradıqlarını qonaqların diqqətinə çatdırıb. 
Konfransın maraqlı məqamlarından biri iştirakçılara “Şirvanın Azadlıq Cəbhəsi” adlı naməlum təşkilatın müraciətlərinin paylanması olub. Azərbaycan dilində yazılan müraciətdə təşkilatın əsas məqsədinin müasir Azərbaycan ərazisində “Şirvan Fars Respublikası”nın yaradılması olduğu qeyd edilib.

Vüqar İsmayılov  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı