Afaq Məsud qızı Vəliyeva (Afaq Məsud) Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib.
Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.Prezidentin digər sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamə və mərkəzin strukturu təsdiqlənib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparatının işçilərinin say həddi 50 ştat vahidi müəyyən edilib.
Modern.az