Modern.az

Millət vəkilindən etiraz: “Parlament bu addımla bütün yolları bağlayır”

Millət vəkilindən etiraz: “Parlament bu addımla bütün yolları bağlayır”

Təhsil

16 May 2014, 22:48


"Əcnəbilərin Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə almaq rüsumunun artırılması düzgün deyil". Modern.az xəbər verir ki, bunu milli məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, tələb olunan illik rüsum çox yüksəkdir: "Nəzərə alaq ki, biz əcnəbi dedikdə öz soydaşlarımız ilə, xüsusəndə Cənubi Azərbaycandan, İrandan gələn bizim soydaşlarımız ilə kənardan Avropadan gələnlər arasında heç bir fərq qoymuruq. Və gələnlərin bir hissəsi çarəsizlikdən gəlir. Məlum deyil ki, burada işlədiyi bir il müddətinə o min manatı qazanacaq ya yox. Hesab edirəm bu addım bütün yolları bağlayır".

Millət vəkili deyib ki, soydaşlarımıza qarşı müəyyən güzəştlər edilməlidir: "Yaxud da əcnəbilərlə soydaşlarımızı ayırmalıyıq. Təəssüf ki , bizim qanunlarımızda belə bir imkan yoxdur. Ona görə, rüsumların artırılmasının hansı fəsadlar verəcəyi bəri başda görünür. Çünki, bunun həlli üçün soydaşlarımız bizə müraciət edəcək. bizdə öz növbəmizdə heç bir köməklik göstərə bilməyəcəyik. Hər bir artım əsaslanmalıdır".   Günəş Fərhadlı
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı