Krım tatarlarının deportasiyanın ildönümü lidersiz baş tutacaq. Belə ki, Krım tatarlarının lideri Mustafa Cemilev Krıma getməyəcəyini bildirib. Modern.az xəbər verir ki, Regional Məclislərin xüsusi iclasında çıxış edən M.Cemilev deyib ki, onun Krıma gedəcəyi təqdirdə yerli əhali onu qarşılamağa cəhd edəcək. Bu isə tərəflər arasında münaqişəyə gətirib çıxara bilər. Buna yol verməmək üçün Mustafa Cemilev mayın 18-də Krıma getməməyi qərar verib. Qeyd edək ki, Krımın yeni hökuməti Krım tatarlarının deportasiyanın ildönümü ilə bağlı nümayişin keçirilməməsi ilə bağlı xüsusi sərəncam imzalaylb.
Günəş Fərhadlı