Mayın 15-də Türkiyənin Manisa vilayətinin Soma şəhərində mədən faciəsinə etiraz edən insanlar aksiya keçiriblər. Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.
Nümayişçilər anti-hökümət şüarlar səsləndirib. Onlar Türkiyə hökumətinin belə qəzaların qarşısını almaq üçün kifayət qədər iş görməməyinə etiraz edirlər. Etiraz mədəni idarə edən şirkət rəhbrəliyi mətbuat konfransında etinasızlığa yol verdiyi barədə ittihamları rədd edəndən sonra başlayıb. Xatırladaq ki, mədən qəzasında 284 şaxtaşı həlak olub. Ölü sayının 300-ü ötəcəyi ehtimal olunur. Çünki yer altında qalanlar var…
Modern.az