“Türkiyə parlamenti türk-erməni protokollarını paraflasaydı bu Ermənistanın Avropaya çıxmasına imkan verərdi”. Modern.az bildirir ki, bu sözləri Ermənistanın yeni baş naziri Ovik Abramyan höükmətin hesabatı zamanı bildirib.
Onun sözlərinə görə, hökümət hesabatında bu protokollar barədə heç nə salınmayıb. Abramyan qeyd edib ki, erməni-türk protokolları Serj Sərkisyanın səlahiyyətndədir. “Tarix göstərir ki, Türkiyə ilə münasibətlərdə son dərəcə ehtiyat və sayıqlıq göstərmək lazımdır” “Protokolların imzalanmasına olan ümidimiz itməyib. Biz ümid edirik ki, əgər Türkiyə bu sənədi paraflasa o zaman prezident də bu barədə qərar qəbul edəcək”-deyə baş nazir vurğulayıb.
X. SƏFƏROĞLU