
2014-cü ilin son beş ayı ərzində MDB ölkələri vətəndaşları olan 27 min şəxs Rusiya vətəndaşlığı alıb. Modern.az saytı bildirir ki, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Romandovski Dövlət Dumasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Rusiyada qəbul olunmuş soydaşların köçürülmə proqramı əsasında bütövlükdə indiyə qədər 190 min şəxsə Rusiya pasportu verilib. FMX rəhbərinin sözlərinə görə, şübhəli miqrantlar elə sərhəddcə geri qaytarılır.
“Bu gün üçün 800 min əcnəbinin Rusiayaya girişi qadağan edilib”-deyə FMX rəhbəri bildirib.. Romandovdski qeyd edib ki, 2015-ci ilin yanvarından etibarən xarici pasportu olmayan MDB ölkə vətəndaşlarının Rusiyaya girişi qadağan olunacaq.
X.SƏFƏRLİ