Modern.az

AŞPA sədri:”Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyirik”

AŞPA sədri:”Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyirik”

Təhsil

23 May 2014, 09:52

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurası Parlament Assambleyası (AŞPA) aydın şəkildə öz prinsipial mövqeyini ifadə edib və Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Hər iki ölkə- həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasına üzv olan zaman öz üzərlərinə öhdəliklər götürüb ki, yalnız dinc yolla münaqişənin həllini mümkün edəcəklər".

Modern.az xəbər verir ki, bunu AŞPA-nın sədri Anne Brasseur qurumun Azərbaycan parlamentində keçirilən Daimi Komitəsinin iclasında çıxışı zamanı səsləndirib.

A. Brasseur həmçinin Ukraynadakı vəziyyətlərə də toxunub. O bildirib ki, Assambleya bu məsələyə seçkilərdən sonra bir daha nəzər yetirəcək: "Ukrayna dövlətinin ərazi bütövlüyünə hörmət bizim əsas missiyamızdır. Bu elə bir məsələdir ki, Assambleya sadəcə Ukraynaya münasibətdə deyil, eləcə də Azərbaycana qarşı münasibətdə də olan mövqeyini də ifadə edib. Ukrayna və Azərbaycan yeganə ölkələr deyil ki, onların ərazi bütövlüyü pozulub. Bu cür dondurulmuş münaqişələr Avropada kifayət qədər mövcuddur. Bu da bizim dəyər və prinsiplərimiz üçün çox böyük təhlükə yaradır. Eyni zamanda əhalinin rifahı üçün də təhlükə yaradır".

 

Gültəkin Ələsgər  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı