Modern.az

Təhsil Nazirliyi Ukraynadakı azərbaycanlı tələbələr məsələsinə aydınlıq gətirdi

Təhsil Nazirliyi Ukraynadakı azərbaycanlı tələbələr məsələsinə aydınlıq gətirdi

Təhsil

23 May 2014, 10:27

“Məlumat üçün bildiririk ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və ya hökümətlərarası müqavilələr çərçivəsində Ukraynada azərbaycanlı tələbə təhsil almır”. Modern.az-ın sorğusuna Təhsil Nazirliyindən belə cavab verilib.

Qeyd edək ki, Ukraynanın təhsil naziri Sergey Kvit Ukrayna ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin ölkəni tez bir zamanda tərk etməsi barədə əmr imzalayıb. Əmrdə xüsusi olaraq qeyd edilib ki, xarici ölkə vətəndaşı olan və Ukraynada ali təhsil alan tələbələr yaz sessiyasını vaxtından əvvəl verməlidirlər. Ukraynanın cənub-şərq bölgəsində təhsil alan tələbələrə xüsusi xəbərdarlıq edilib. Yaz sessiyasında imtahan verə bilməyənlər isə kəsirlərini sentyabrda ödəyə bilərlər.

Azərbaycan Təhsil Nazirliyindən qeyd edib ki, Sergey Kvitin əmri barədə Təhsil Nazirliyinə müraciət olunmayıb: “Hazırda olan məlumata əsasən Təhsil Nazirliyinə bu məsələ ilə bağlı müraciət daxil olmayıb. Ukraynanın Təhsil və Elm Nazirliyinin verdiyi açıqlamalar və ətraflı məlumat üçün Ukraynanın Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinə müraciət etməyiniz tövsiyə olunur”.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı