Modern.az

Bakıda qəzaya düşən zabit öldü

Bakıda qəzaya düşən zabit öldü

Təhsil

23 May 2014, 10:39

Müdafiə Nazirliyinin 4 gün əvvəl Bakıda yol qəzasında yaralanmış yüksək rütbəli zabiti hospitalda ölüb.

Trend xəbər verir ki, bu gün səhər saatlarında Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Məmmədov Eldar Vəli oğlu bu gün səhər hərbi hospitalda dünyasını dəyişib.

Qeyd edək ki, mayın 19-da Bakı şəhəri 3-cü mikrorayon dairəsində "Mercedes" markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Məmmədov Eldar Vəli oğlunu vurmuşdu. Zabit ağır vəziyyətdə hospitala yerləşdirilmişdi.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı