Modern.az

Nazir İlqar Məmmədovla bağlı suallara belə cavab verdi

Nazir İlqar Məmmədovla bağlı suallara belə cavab verdi

Təhsil

23 May 2014, 10:43


Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov parlamentariların suallarını cavablandırıb. 

REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına toxunan Elmar Məmmədyarov deyib ki, məhkəmə proseduru hüquqi prosedurlar çərçivəsində keçiriləcək. “Avropa Məhkəməsinin qərarı var, bu qərarlarla bağlı prosedur həyata keçirilməlidir. Hər şey hüquqi prosedurlarla həyata keçirilməlidir. İlqar Məmmədovla bağlı suallara cavab versəm hüquqi prosedurları pozmuş olacam. Qoy bununla hüquqşünaslar məşğul olsun”.

İnsan hüquqlarına gəlincə nazir bildirib ki, Azərbaycanda müəyyən işlər görülməlidir. Bunun üçün Azərbaycanın müstəliqlliyinin tarixi nəzərə alınmalıdır. İnsan hüquqları prosedur məsələlərdir. Insanların düşçüncəsinin dəyişməsi lazdımər. əsas odur ki, azərbyacnadda proses başlayıb və davam edir.  

 

Gültəkin ƏLƏSGƏR  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı