Modern.az

“Çin Rusiyaya 25 milyard dollar verəcək”- AÇIQLAMA

“Çin Rusiyaya 25 milyard dollar verəcək”- AÇIQLAMA

Təhsil

23 May 2014, 10:53


Rusiyanın “Qazprom” şirkəti avans olaraq Çindən 25 milyard dollar alacaq. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Qazprom” şirkəti rəhbərinin müavini Aleksandr Medvedev deyib. O bildirib ki, Çin bazarlarına min kubmetr qaz 350 dollara satılacaq.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri çərçivəsində “Qazprom” şirkəti ilə  Çinin Milli Neft-Qaz Korporasiyası CNPC arasında müqavilə imzalanıb. Müqaviləyə görə Rusiya 30 il ərzində Çinə dəyəri 400 milyard dollar olan 38 milyard kubmetr qaz ixrac edəcək.    

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...