Modern.az

Cəlilabadda yanğın təhlükəsizliyinə həsr olunmuş müşavirə keçirilib

Cəlilabadda yanğın təhlükəsizliyinə həsr olunmuş müşavirə keçirilib

Təhsil

23 May 2014, 11:02

Cəlilabad rayon İcra Hakimiyyətində dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müşavirə keçirilib. Rayonun daxili işlər orqanları, bələdiyyə,  fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə  keçirilən müşavirəni Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açaraq dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən və bu istiqamətdə görülmüş işlərdən ətraflı söhbət açıb. Müşavirədə  maarifləndirmə işlərinə  geniş yer verilib.

FHN Dövlət Yanğına Nəzarət Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkoniki Hikmət Xudiyevin  "Dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr", xidmətin böyük inspektoru   daxili xidmət polkovnik-leytenantı Elçin Hüseynovun “Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri” və  Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcovun “Meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri” mövzularında çıxışları dinlənilib.

Tədbirdə FHN Dövlət Yanğın Nəzarəti Xidmətin Cənub Regional DYNİ-nin rəis müavini Firdovsi Hacıyev dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin daha da etibarlı təmin olunması üçün dövlət yanğın nəzarəti qupumlarının əməkdaşlarına müvafiq tapşırıqlar verib. Müşavirə iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində hazırlanmış yanğına qarşı təbliğat xarakterli plakatlar paylanılıb.





Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı