Modern.az

Nazir: “Rəsmi Yerevan icmalararası yaxınlaşmaya əngəl olur”

Nazir: “Rəsmi Yerevan icmalararası yaxınlaşmaya əngəl olur”

Təhsil

23 May 2014, 11:05



“Ermənistan Dağlıq Qarabağın erməni və Azərbaycan icmaları arasında əlaqələrin yaradılmasından imtina edir”.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, bu, heç də uzaqgörüşlü yanaşma deyil.

“İki ölkə bir-birinə çox yaxındır, amma realist şəkildə yanaşsaq, bu yaxınlaşmanın olması mühüm əhəmiyyət kəsb edir. Çünki bu imkan verir ki, yavaş-yavaş münaqişənin çıxış yolunu tapa və ümumiyyətlə problem həlli yolunu müəyyən edə biləsiniz. Biz hamımız qəbul etməliyik ki, hətta dünya dəyişməyə başlasa da, prinsiplər qorunub saxlanılmalıdır”.

Nazir həmçinin qeyd edib ki, BMT və Helsinkidə qəbul olunan prinsiplər dəyişdirilməməli və hamı eyni nöqtədən çıxış etməlidir. “İnsanlar arasında məlumatlılığın artırılması, şüurun inkişaf etdirilməsi məsələlərinə dəstək gözləyirik. Bu, birtərəfli proses deyil. Bu hərtərəfli və mürəkkəb yanaşmadır. Ən vacib elementlər prinsiplərə və görüşlərə sadiq qalmaqdır. Bütövlükdə məsələnin həlli üçün prinsiplərə sadiq qalmalıyıq. Təəssüflər olsun ki, münaqişənin həllində və digər məsələlərdə ikili standartlar mövcuddur”.  

Gültəkin ƏLƏSGƏR
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı