Modern.az

Bakı Metropoliteni ilə razılaşmayan 6 köçkün ailəsi evlərindən çıxarılır

Bakı Metropoliteni ilə razılaşmayan 6 köçkün ailəsi evlərindən çıxarılır

Təhsil

23 May 2014, 11:11

7-ci mikrorayon ərazisində (Xarici dairəvi küçəsi, 3126/27-ci məhəllə) məskunlaşan məcburi köçkünlər evlərindən məcburi qaydada çıxarılır.
Modern.az xəbər verir ki, köçürülməyə etiraz edən 6 ailə hazırda aksiya keçirir. Onlar özlərini və uşaqlarını yandıracaqlarını bəyan edirlər.

Hazırda əraziyə “Bakı Metropoliteni” əməkdaşları və polislər cəlb olunub. Sakinlərlə polislər arasında qarşıdurmanın yarandığı bildirilir.

Metropoliten mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında hadisə yerində olduğunu hansısa aksiyadan söhbət getmədiyini bildirib. “Metropoliten, Binəqədi rayon İcra Hakimiyyəti, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin nümayəndələri və polislər burdadır. Heç bir qarşıdurma yoxdur”.

Mətbuat xidmətinin rəhbəri bildirdi ki, söküntüdən söhbət getmir. “Hələ ki, insanların gözü qarşısında ev əşyalarını aktlaşdıraraq, tam hüquqi əsaslarla evdən çıxararaq yük maşınlarına yüklənir “Daha sonra onlar hansı ünvana desələr öz işçi qüvvəmizlə həmin əşyaların o ünvana çatdırılmasını təmin edəcəyik. Hazırda evlər sökülmür. Ev sahibləri narazılıq edir. Amma hansısa aksiya yoxdur”.
Qeyd edək ki, sözügedən ərazidə məskunlaşan 6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbəsində mənzil verilib. Lakin onlar fərdi evləri öz vəsaitləri ilə tikdiklərini əsas gətirərək kompensasiya tələb edirlər.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı