Modern.az

Rusiya müdafiə nazirindən ANONS: “Ukraynada "rəngli inqilablar” gözlənilir

Rusiya müdafiə nazirindən ANONS: “Ukraynada "rəngli inqilablar” gözlənilir

Təhsil

23 May 2014, 11:37

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada “rəngli inqilablar”ın olacağı anonsunu verib.  

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, beynəlxalq təhlükəsizlik üzrə 3-cü Moskva konfransında çıxışı zamanı Ukraynada "rəngli inqilab" təşkil etmək üçün cəhdlərin  müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə “rəngli inqilab”ları reallaşdırmaq üçün universal sxemlər mövcuddur: “Bura hərbi təzyiq, siyasi rəhbərliyin, iqtisadi və xarici siyasət vektorlarının dəyişməsi daxildir. Əvvəllər bu cür ssenariləri reallaşdırmaq cəhdlər MDB-nin digər ölkələrində də müşahidə olunurdu”,-deyə S. Şoyqu qeyd edib.

Ayşən Mönsümlü 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı