Modern.az

Məleykə Abbaszadə: “10159 bakalavr magistraturaya qəbul üçün seçimini təsdiqləyib”

Məleykə Abbaszadə: “10159 bakalavr magistraturaya qəbul üçün seçimini təsdiqləyib”

Təhsil

23 May 2014, 11:37


Modern.az xəbər verir ki, magistratura imtahanlarının ikinci mərhələsində iştirak edən bakalavrlardan 10159-u qəbul proqramında seçimini təsdiqləyib. Onlardan 8900-ü – Azərbaycan, 1259-u – rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların – 4269-u oğlan, 5890-ı isə qızdır. 6101 nəfər ali təhsil müəssisələrinin builki, 4058 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Onlar Bakı, Naxçıvan, Gəncə şəhərlərində imtahan verəcəklər. İmtahan mayın 25-də saat 13:00-da başalanacaq və 1 saat 30 dəqiqə davam edəcək. Bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar düzgün cavabların nəticələrinə təsir etməyəcək. İkinci mərhələnin nəticələri elan olunduqdan sonra mayın 29-dan iyunun 1-dək bakalavrlar internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirə biləcək. Bu barədə bu gün keçirilən Mətbuat Konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib.  

Rafiq Qənbərov
       
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...