Modern.az

18 yaşında bələdiyyə sədri seçildi

18 yaşında bələdiyyə sədri seçildi

Təhsil

23 May 2014, 12:32

ABŞ-ın Texas ştatının Arçer Siti şəhərinə  18 yaşlı bir gənc bələdiyyə sədri seçilib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Kelvin Qren adlı şəxs  orta məktəbi bitirməsinə bir ay qalmış bələdiyyə sədri olub. O, bələdiyyə binasındakı andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayıb. Gənc sədr, mərasimdəki nitqində, Arçer Siti şəhərinə çox bağlı olduğunu bildirib.   “Kiçik yaşlarımdan bəri məni tanıyan yaxın əhatəm əyalətimə olan marağımı bilərək, bu şəhər üçün ideal bir sədr olduğumu düşünür. Bunu tez-tez dilə gətirirdilər. Bu şəhər mənim dünyam, həyatım, hər şeyimdir. 18 ildir burada yaşayıram və bu şəhərdə anadan olmaqdan qürur duyuram”, - deyə öz hisslərini ifadə edib.  

Qeyd edək ki, Kelvin Green 1888-ci ildən bəri Archer City-nin tarixində seçilən ən gənc bələdiyyə sədridir.  

Ayşən Mönsümlü  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı