
Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sənədləri olmayan şagirdlərin sayını açıqlayıb. O bildirib ki, 11-ci sinif şagirdlərindən 535 nəfərin şəxsiyyət vəsiqəsi yoxdur. Onlar haqqında şagird-məzun bazasında məlumat yerləşdirilməyib. “9-cu sinif şagirdlərindən isə 204 nəfərdən çoxu haqda məlumat şagird-məzun bazasına daxil olmayıb. Bu uşaqların sənədləri olmadığına görə, onlar buraxılış imtahanına buraxılmayacaq. Sənədləri olmayan şagirdlər ən çoxu Bərdə və Bakının Sabunçu rayonundadır”.
Rafiq Qənbərov