Modern.az

Səhiyyə Nazirliyi ana və uşaq ölümünü araşdırır

Səhiyyə Nazirliyi ana və uşaq ölümünü araşdırır

Təhsil

23 May 2014, 13:17


“Hazırda heç ekspertizanın da nəticəsi bəlli deyil. Nəticə bəlli olduqdan sonra araşdırma aparılıb açıqlama veriləcək”. Bunu Modern.az-a Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.

Nazirliyin sözçüsü ana ölümlərinin son zamanlar artması fikri ilə heç cür razılaşmır: “Statistika ötən ilki ilə üst-üstə düşür. Ola bilər ki, bir ay ərzində ümumiyyətlə, ölüm olmasın, ola da bilər ki, bir həftə içində bir neçə ölüm olsun. Statistikada artım yoxdur”.  

Qeyd edək ki, Azərbaycanda doğuş zamanı daha bir ana ölümü qeydə alınıb. Hadisə Qubada baş verib. II Nügədi kənd sakini Gülxanım Qayıbova ötən gün doğuş sancısı ilə Quba rayon Regional Perinatal Mərkəzinə gətirilib. Lakin ana və körpə doğuş zamanı dünyasını dəyişib.    

Qeyd edək ki, nazirlik ötən il 27 ana ölümü qeydə alındığını açıqlayıb.  

Gülşən RAUFQIZI  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı