Suriyanın cənubundakı Deraa əyalətində, üsyançılar indiki prezident Bəşər Əsədin seçki kampaniyasının keçirilməsi üçün qurulan çadırı atəşə tutublar.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı ən azı 22 insan həlak olub. Qeyd edək ki, iyunun 3-də Suriyada prezident seçkiləri keçiriləcək.Bir çoxlarının fikrincə, seçki nəticəsində qələbəni indiki prezident Başar Əsəd əldə edəcək. Onun rəqibləri bu seçkini məzhəkə adlandırırlar.
Ayşən Mönsümlü