Modern.az

Rauf Mirqədirovun atasının evində axtarış aparılıb

Rauf Mirqədirovun atasının evində axtarış aparılıb

Təhsil

23 May 2014, 13:22



Həbs edilən jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirovun evində axtarış aparılıb.

Müsavat.com-un yaydığı məlumata görə, jurnalistin ailəsi bildirib ki, Rauf Mirqədirov 4 ildir o evdə yaşamır.
 
Axtarışı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi və üç əməliyyatçı aparıb. Axtarışa iki hal şahidi də cəlb edilib. Proses cəmi 10 dəqiqə davam edib və evdən istintaq üçün əhəmiyyət kəsb edən heç nə tapılmayıb. Prokurorluq əməkdaşları artıq evi tərk ediblər.
 
Türkiyədən Azərbaycana deportasiya olunan Rauf Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Rauf Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı