Modern.az

Əli Həsənov: “BMT zəhmət çəkib Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirsin”

Əli Həsənov: “BMT zəhmət çəkib Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirsin”

Təhsil

23 May 2014, 13:27


“Biz ermənilərlə 200 ilə yaxın birlikdə yaşamışıq. Əgər yenidən birlikdə yaşayası olsaq, təbii ki, bu etimadı ermənilər doğrultmayacaq”. Modern.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

“Bir neçə gün əvvəl ATƏT-in Minsk Qrupunun həmsədri burda səfərdə idi. Laçın rayonunda baş tutan monitorinqdə amerikalı həmsədrə erməni gənc hücum təşkil etdi. Mən əminəm ki, həmin hücumu Ermənistan rəhbərliyi təşkil edib. Başqa cür mümkün deyil. Fransa prezidenti də Bakıya səfəri zamanı qarşılıqlı etimad məsələsindən danışdı. Ancaq bu prinsipləri həmişə Ermənistan pozub”.

Baş nazirin müavini daha sonra əlavə edib:

“Ermənilər nə qədər tez işğal etdiyi torpaqlarımızdan çıxsalar, bu onların xeyrinə olar. Ümid edirəm ki BMT-nin nümayəndəsi Şarloke Biyani gördüklərini hesabata salacaq. Biz beynəlxalq təşkilatlardan sadəcə obyektiv yanaşma gözləyirik. BMT-dən də tələbimiz var. Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarları zəhmət çəksin həll etsin”.

Əli Həsənov televiziyalara müraciət edib. O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanda səfəri zamanı onlara sual verin ki, niyə Ermənistana gedəndə qaçqınlarla görüşürlər, amma Azərbaycana səfər edəndə qaçqınlarla görüşmürlər.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı