Modern.az

AŞPA sədri: "Bizim heç bir ikili standartımız yoxdur"

AŞPA sədri: "Bizim heç bir ikili standartımız yoxdur"

Təhsil

23 May 2014, 14:31


“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa  dəyərlərində fərq yoxdur. Biz bütün ölkələrin ərazi bütövlüyünə sadiqliyimizi nümayiş etdiririk”. Modern.az xəbər verir ki, bunu AŞPA sədri Anna Brasseri bu gün keçirdiyi mətbuat konfransında deyib. O, münaqişələrin həllində Avropanın dəyərlərində fərqlərin olması barədə suala cavab verərkən qeyd edib ki, AŞPA-nın ikili standartlarından söhbət gedə bilməz.

A. Brasseri Azərbaycanda keçirilən prezident seçikilərinin nəticələri ətrafında Avropa Şurası ilə ATƏT arasında yaranan fikir ayrılığına da aydınlıq gətirib.

AŞPA rəhbəri qeyd edib ki, yaxşı belə təzadların mövcud olmaması daha yaxşı olardı.  

O, AŞPA-nın vitse-prezidenti Rene Rukeyin Azərbaycana buraxılmaması məsələsinə də toxunub. AŞPA sədri söyləyib ki, bu, qəbul edilməzdir.  

“Bizim bütün üzvlərin başqa  dövlətlərə gediş gəlişi tətbiq olunmalıdır. Bunun qarşısını aldığına görə biz iclaslarımızın iki il müddətinə Azərbaycanda keçirilməməsinə qərar verdik. Bu sadəcə Azərbaycana qarşı tətbiq edilmir. Başqa bir ölkə də belə bir şey etsə, eyni addımı atacağıq”.  

Qeyd edək ki, AŞPA-nın vitse prezidenti Rene Rukey Azərbaycanın işğal altındakı torpaqlarına  qanunsuz səfər etdiyi üçün Bakı ona viza verməkdən imtina edib.  

 

Aqşin Kərimov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı