Modern.az

Anna Brasseri: “Ümid edirəm ki, İlqar Məmmədov azad olunacaq”

Anna Brasseri: “Ümid edirəm ki, İlqar Məmmədov azad olunacaq”

Təhsil

23 May 2014, 14:54


Modern.az-ın məlumatına görə, bu barədə AŞPA sədri Anna Brasseri bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bir neçə həftə bundan öncə İlqar Məmmədovla görüşmək üçün Azərbaycan tərəfinə müraciət edib:  

“Ancaq görüşmək mümkün olmadı. Dünən onun işi ilə bağlı çox mühüm qərar qəbul edilib. Məhkəmənin qərarına görə, İlqar Məmmədovun insan hüquqları konvensiyasına görə hüquqlarının pozulduğu müəyyən edilib. Ümid edirəm ki, o azad olunacaq. O həbsdə qalacağı təqdirdə mən yenidən Azərbaycana səfər edəcəyəm”.  

Anna Brasseri həmçinin əlavə edib ki, Azərbaycanda insan hüquqları, söz azadlığı, sərbəst toplaşmaq azadlığı kimi məsələlərdə problemlər mövcuddur: “Bütün məsələləri ona görə qaldırıram ki, onlara sual vermək və məsələni qaldırmaq mümkün olsun. Bu sədrlik dövrü Azərbaycan üçün fürsətdir”.  

AŞPA sədri qeyd edib ki, Azərbaycan hazırda AŞ-da sədrliyi öz üzərinə götürüb və bu noyabr ayına qədər davam edəcək: “Bu fürsətdən istifadə edərək bir neçə iclasın Bakıda keçirilməsini təşkil etmişik. Azərbaycana səfərim zamanı prezidenti İlham Əliyevlə görüşümüz olub. Daha sonra parlamentin spikeri Oqtay Əsədovla görüşdüm. Bu gün isə xarici işlər naziri Elmar Məmmədyarovla da görüşəcəm. Azərbaycan AŞPA-nın sənədlərini qəbul edib və ratifikasiya edib”.  

Gültəkin Ələsgər  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı